Çobanlar arasında kütləvi dava - Yaralananlar var

Çobanlar arasında kütləvi dava - Yaralananlar var


Ağstafa rayonunun Ceyrançol ərazisində çobanlar arasında kütləvi dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.

Belə ki, ərazidə heyvanlarını otaran 6 çoban arasında otlaq sahəsi üstündə mübahisə yaranıb.

Daha sonra əlbəyaxa olan çobanlar bir-birlərinə çomaq və küt alətlə zərbələr vurublar. Nəticədə 34 yaşlı Məmmədov Mahir Zakir oğlu və onun həmyaşıdı Paşayev Akif Fəxrəddin oğlu və onun 24 yaşlı qardaşı Asif ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Onları döyən çobanların üç qardaş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti