Yağışlı hava nə vaxtadək davam edəcək?

Yağışlı hava nə vaxtadək davam edəcək?


“Ölkədə qeyri-sabit hava şəraiti noyabrın 11-i gündüzədək davam edəcək”.

Gecce.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabah - noyabrın 11-də gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək:

“Sabah gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 12-də və 13-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Noyabrın 12-də havanın temperaturu bu günlər ilə müqayisədə 2-3 dərəcə yüksələcək”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti