Bir il öncəki cinayətin üstü açıldı

Bir il öncəki cinayətin üstü açıldı


Sabunçu rayonunda fermaya basqın edənlər saxlanılıb.

Gecce.az DİN-ə istinadən xəbər verir ki, 28 dekabr 2016-cı ildə iki nəfər naməlum şəxs Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edərək oranın sahibi Hafis Həsənova dəmir parçası ilə ona xəsarət yetirərək ondan pul tələb edib.

Həmin şəxslər H.Həsənovun 1400 manatını, iki ədəd ov tüfəngini götürərək qaçıblar.

Hadisənin Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub. Ov tüfənglərini basdıraraq gizlətdikləri yer də müəyyən edilib və çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı E.Abbasov və V.Məmmədəliyevin Zaqatala rayonunda da oğurluq cinayətləri etdikləri məlum olub. Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir il öncəki cinayətin üstü açıldı

Bir il öncəki cinayətin üstü açıldı

Bir il öncəki cinayətin üstü açıldı



Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti