Özünü quyuya atan kişinin intihar təfərrüatı: "Qonşu yemək gətirəndə...."

Özünü quyuya atan kişinin intihar təfərrüatı: "Qonşu yemək gətirəndə...."


Şamaxıda yaşadığı evin həyətində özünü su quyusuna atan kişinin intiharının təfərrüatı məlum olub.

Şərədil kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Əlimuxtar Muxtarov intihar etməyib:

“Əlimuxtarın ata-anası rəhmətə gedib. Bir qardaşı kənddə, o biri isə Bakıda yaşayır. Uzun illər həbsxanada yatıb. Həbsdən qayıdanda xəstə idi. Özünü idarə edə bilmirdi. Qayğısına qonşular qalırdılar. Bilmədən yıxılıb, düşüb su quyusuna. Qonşu yemək gətirəndə onu tapmayıb. Həyətlərindəki su quyusuna baxanda, Əlimuxtarı başı-beyni dağılmış vəziyyətdə tapdılar. Xəstəxanaya çatdırılanda isə artıq gec idi”.

Qeyd edək ki, Şamaxıda intihar faktı qeydə alınıb. Rayonun Şərədil kənd sakini, 1962-ci il təvəllüdlü Muxtarov Əlimuxtar Mais oğlu özünü yaşadığı evin həyətindəki beton su quyusuna atıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti