Həkim Vüsalın ölüm səbəbini açıqladı: “Qidadan zəhərlənməyib”

Həkim Vüsalın ölüm səbəbini açıqladı: “Qidadan zəhərlənməyib”


Xaçmaz rayonunda evində yemək yeyəndən sonra dünyasını dəyişən oğlanın ölüm səbəbləri məlum olub.

Müqtədir qəsəbə sakinlərinn AzNews.az-a verdiyi məlumata görə, Vüsal Bəşirov balıqdan zəhərlənib:

“Vüsal bir balıqçının fəhləsi işləyir. O, iki gün öncə evində balıq yeyib. Ondan sonra vəziyyəti pisləşib. Xəstəxanaya aparılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər, artıq gec olduğunu bildiriblər. Ailəsinin dediyinə görə, yediyi balıq köhnə olub”.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi Gündüz Tanrıverdiyev isə Vüsalın alkoqol düşgünü olduğunu və bu səbəbdən də dünyasını dəyişdiyini deyib:

“Vüsal balıq yesə də, ölüm səbəbinin balıq olduğunu güman etmirik. O, həddindən artıq spirtli içki qəbul edib. Ürəyi genişlənib, elə oradaca da ölüb”.

Qeyd edək ki, Xaçmaz rayonunda ölüm faktı qeydə alınıb. Rayonun Müqtədir qəsəbə sakini, 1982-ci il təvəllüdlü Bəşirov Vüsal Seyidxan oğlu qidadan zəhərlənib. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti