Bakıda qadın ərini öldürdü

Bakıda qadın ərini öldürdü


Bakıda qətl törədilib.

Gecce.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvə qabını çırpıb.

Nəticədə N. Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb.

Hadisəni törədən T. Vəliyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti