“4 əli, 4 ayağı olan uşaq doğulmayıb” - Nazirlikdən açıqlama

“4 əli, 4 ayağı olan uşaq doğulmayıb” - Nazirlikdən açıqlama


Səhiyyə Nazirliyi ölkədə 4 əlli və 4 ayaqlı uşağın doğulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Gecce.az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, uşaqların anomaliyalarla doğulması hallarına bütün ölkələrdə olduğu kimi Azərbaycanda da rast gəlinə bilər. Amma bu il ərzində 4 əlli və 4 ayaqlı uşağın doğulması halı qeydə alınmayıb:

"Bu məlumatla bağlı SN Elmi Tədqiqat Pediatriya İnstitutu ilə də əlaqə saxlanılıb. Onlar da bu il ərzində orada belə bir uşağın əməliyyat edilmədiyini bildiriblər. Nazirlikdə olan məlumata görə, bu il ərzində ölkədə ümumiyyətlə, 4 əlli və 4 ayaqlı uşaq doğulmayıb və əməliyyat edilməyib".

Qeyd edək ki, KİV-lərdə yayılan məlumata görə, Azərbaycanda 4 əlli və 4 ayaqlı uşaq doğulub. Həmin uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) əməliyyat olunub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti