Qız atasını baltalayıb - Bakıda

Qız atasını baltalayıb - Bakıda


Bakıda qız atasını baltalayıb.

Gecce.az APA-ya istinadən xəbər verir ki, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti