Mixail Qorbaçovun "Çayka" avtomobilini Fədayə Laçının atası gətiribmiş

Mixail Qorbaçovun "Çayka" avtomobilini Fədayə Laçının atası gətiribmiş


SSRİ-nin prezidenti Mixail Qorbaçovun "Çayka" avtomobilini Azərbaycana gətirən şəxsin kimliyi məlum olub.

Gecce.az xəbər verir ki, unikal.org-un əldə etdiyi xəbərinə görə, bu şəxs son günlər gündəmdən düşməyən və hazırda həbsdə olan müğənni Fədayə Laçının (Məmmədova) atası Baris Məmmədov olub. O, Mixail Qorbaçovun "Çayka" avtomobilini Moskvadan külli miqdarda vəsait ödəməklə alıb və bu avtomobili Sumqayıt şəhərinə gətirib.

F.Laçının atasının bu avtomobili Sumqayıt və Bakının sakinləri ilə yanaşı, məmurlarının da böyük marağına səbəb olub. Deyilənə görə, atası o dövrdə Azərbaycanın ən varlı biznesmenlərindən biri olub.

Fədayə Laçın bu avtomobildə gəzərkən, hazırda şou-biznesimizin ən varlı müğəniləri ona həsəd aparırmış.

Məsələ ilə bağlı açıqlama verən Fədayə Laçının bacısı İlahə Fəda həqiqətən də Mixail Qorbaçovun "Çayka" avtomobilini Azərbaycana gətirən şəxsin atası olduğunu təsdiqləyib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti