Şəkidə itkin düşən 22 yaşlı gəlin ATASININ EVİNDƏN ÇIXDI - TƏFƏRRÜAT

Şəkidə itkin düşən 22 yaşlı gəlin ATASININ EVİNDƏN ÇIXDI - TƏFƏRRÜAT


Şəkidə itkin düşdüyü deyilən 22 yaşlı Günəş Əlimərdanova tapılıb.

Gecce.az xəbər verir ki, bu barədə publika.az-a Öyrət kənd icra nümayəndəsi Zabir İbrahimxəlilov məlumat verib.

Onun sözlərinə görə, G.Əlimərdanova atasının evindən tapılıb:
“Son günlər mətbuatda yayılan məlumat əsasında biz gəlinin qayınanası Amənti Əlimərdanovanın evində olduq. O bildirdi ki, təxminən yarım saat əvvəl gəlini valideynlərinin evində olub. Halbuki, Günəş Əlimərdanovanın itkin düşməsi barədə polisə müraciət edəndə qızın anası da qayınanasının yanında olub. Amənti Əlimərdanova qudasının nə üçün belə bir addım atmasını anlamadığını deyir. O, itkin düşəndən sonra iki azyaşlı uşağını da gəlinin anasıgilə aparıblar. Hazırda uşaqlar anasının yanındadır. Həyat yoldaşı isə gəlinin tapılması barədə polisə məlumat verməyə gedib. Günəş Əlimərdanova və valideynlərinin nə üçün belə addım atması məlum deyil”.

İcra nümayəndəsi bildirib ki, tərəflərin heç biri Öyrət kəndindən olmadıqlarından ailə münasibətləri barədə əlavə məlumatı yoxdur:

“Günəş Əlimərdanova Cəfərabad kəndindəndir. Onun ailə qurduğu şəxs isə rayon mərkəzinə yaxın Yemçilik massivi adlanan ərazidə yaşayır. Ona görə də ailə barədə başqa məlumatımız yoxdur, sadəcə mətbuatda bizim kəndin adı hallandığından və hadisəyə görə ailəyə baş çəkib maraqlandıq”.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, G.Əlimərdanova bundan əvvəl də bir neçə dəfə evdən qaçdığından artıq onu geri qaytarmaqda ailə tərəddüd edir:

“Sonuncu dəfə o evdən qaçanda qayınanası dilindən kağız alıb, evə buraxıb. Bu dəfə də şərtlə geri qaytaracaqlarını deyir”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

25.11.2017 / 09:30
 
Xəbər lenti