Özünü öldürən müəllimə bu universitetdə işləyib...

Özünü öldürən müəllimə bu universitetdə işləyib...


Bakıda intihar hadisəsi baş verib.

Gecce.az Lent.az-a istinadən xəbər verir ki, Səbail rayon Neftçi Qurban küçəsində yerləşən “Enlightment” dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı özünü iş yerində asaraq intihar edib.

Bildirilir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış.

Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Bakıda meyiti tapılan “Enlightenment” dil kursunun müəllimi həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) çalışıb.

Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimli “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
M.İbrahimov qeyd edib ki, ADPU-nun Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi İradə Yusif qızı Əliyeva sonuncu dəfə keçən həftənin cümə günü işdə olub.

O bildirib ki, İ.Yusifovanın meyiti işlədiyi dil kursunun ofisində aşkarlanıb: “Lakin onun intihar etməsi və ya qətlə yetirilməsi ilə bağlı dəqiq məlumata malik deyilik. Ailəsi ilə əlaqə saxlamaq imkanı yoxdur, çünki telefon zənglərinə cavab verilmir”.

M.İbrahimli onu da qeyd edib ki, İradə Əliyeva müsbət xarakterli, nizam-intizamlı və ictimai cəhətdən fəal müəllim kimi xarakterizə olunurdu. Onun meyiti damarları kəsilmiş vəziyyətdə tapılıb. 56 yaşlı İ.Əliyevanın intihar etdiyi ehtimal olunur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti