Yol qəzasına baxırdı, özü də maşın vurdu

Yol qəzasına baxırdı, özü də maşın vurdu


Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Gecce.az "Report"a istinadən xəbər verir ki, "90-XH-956" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb.

Nəticədə "Volkswage"nin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti