Aktyorlara qarşı cəza tədbirləri başlandı

Aktyorlara qarşı cəza tədbirləri başlandı


Əldə etdiyimiz məlumata görə, oktyabrın 7-də Milli Şuranın mitinqində iştirak etmiş aktyorlar İlqar Cahangir, Abbas Qəhrəmanov və Ayşad Məmmədli barədə artıq ölçü götürülməsinə başlanılıb.


AzNews.az xəbər verir ki, Ayşad Məmmədov və Abbas Qəhrəmanov çalışdıqları Milli Dram teatrından kənarlaşdırılıblar. Onların prezident mükafatından məhrum edilməsi üçün tədbirlər görülür.

Bundan başqa, hər üç aktyorun bundan sonra seriallarda çəkilişinə qadağa qoyulub.
Həmçinin, onlardan “Əməkdar artist” fəxri adının alınması məsələsinə də baxılır.

Son məlumata görə, adları keçən aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədlidir. Abbas Qəhrəmanovun işlədiyi Milli Dram Teatrından kənarlaşdırıldığı bildirilir. Həmçinin, İlqar Cahangir və Ayşad Məmmədovun da çəkildikləri teleseriallardan uzaqlaşdırılacağı deyilir.

Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə bəzi incəsənət nümayəndələrinin də qatıldığı məlum olub. Onların bəzilərinin hazırda telekanallarda nümayiş etdirilən teleseriallarda aparıcı rollar ifa etdiyi deyilir.

İnformasiyalı mənbədən daxil olan məlumata görə, hazırda həmin şəxslər barədə ölçü götürülməsi məsələsinə baxılır. İlk növbədə həmin şəxslərin mətbuatdan, telekanallardan və ümumiyyətlə səhnədən uzaqlaşdırılması nəzərdə tutulur. Həmçinin, həmin aktyorların fəxri adlardan məhrum edilməsi məsələsinə də baxıla bilər.

Xatırladaq ki, müxalifətin mitinqindən əvvəl mediada gedən məlumatlarda bildirilirdi ki, Milli Şuranın aksiyalarına qatılan şəxslər barədə xüsusi araşdırmalar aparılır. Dövlət orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışanlar, həmçinin ali məktəblərdə oxuyan tələbələr və digər bu qəbildən olan şəxslər təsbit olunur və onların barəsində ölçü götürülür. Müxalifətin əvvəlki mitinqlərinə qatılan bir sıra belə şəxslər barədə artıq cəza tədbirləri görüldüyü barədə məlumatlar da var.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti