Bacı-qardaşın başını kəsən cani HƏBS EDİLMƏDİ - MƏHKƏMƏ QƏRARI

Bacı-qardaşın başını kəsən cani HƏBS EDİLMƏDİ - MƏHKƏMƏ QƏRARI


Bakıda bacı -qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gecce.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində stasionar kompleks məhkəmə psixoterik ekspertizası təyin edilib.

Təqsirləndirilən şəxs Maştağada yerləşən xəstəxanaya göndərilib.

Qeyd edək ki, hadisə bu il aprelin 2-də Keşlə qəsəbəsində baş verib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub ifadə verib.

Saxlanılan şəxs ifadəsi zamanı əvvəlcə S.Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib. Amma həmin evə gələn zaman A.Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb. F.Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə L.Məmmədova açıb və A.Cəfərov bu zaman qətl hadisəsini törədib.

Saxlanılan şəxs hadisədən sonra qətlə yetirilən şəxslərin mənzilindən oğurluq da edib. O, evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Nərimanov Rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A.Cəfərov tutularkən L.Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti