Azərbaycanda 15 yaşlı qızı iki dəfə evli olan kişiyə zorla ƏRƏ VERDİLƏR

Azərbaycanda 15 yaşlı qızı iki dəfə evli olan kişiyə zorla ƏRƏ VERDİLƏR


Evindən külli miqdarda pul oğurlandığını iddia edən kişi barədə yeni məqamlar ortaya çıxıb.

Bu barədə BiG.AZ -a danışan Hacıyev Atəməli Hacıbaba oğlunun həyat yoldaşı məsələyə aydınlıq gətirib. O qeyd edib ki, hələ 15 yaşındaykən analığı həmin şəxsə onu qaçırtdırıb:

"10 yaşında ikən anam rəhmətə gedib. Məni analığım saxlayıb. 15 yaşımda məni bu kişiyə qaçırtdırıb. Hələ 8-ci sinifdə oxuyurdum. Məni dərsdən çıxardıb oğurlayıblar. Heç nədən xəbərim yox idi. Mən 15 yaşımda bu kişinin 3-cü arvadı olmuşam. Onunla 40 il evli oldum. Uşağı olmurdu, qardaşının uşağını 10 günlüyündən götürüb saxlayırdı. Özüm saxlamışam o uşağı da, toyunu da özüm eləmişəm. İndi 35 yaşı var. Atəməli hər gün məni incidirdi, evdə 4 dənə gülləsi var idi. Əlində fırladıb hər gün məni qorxuzurdu ki, səni bu güllə ilə öldürəcəyəm. Mən də evdən qaçdım, boşanmaq üçün məhkəməyə müraciət elədim. Məhkəmə mənim xeyrimə qərar qəbul elədi. Bundan da narazı qaldılar, apellyasiyaya şikayət etdilər. Ev bölgüsünə müraciət edəndən sonra ata-bala əlbir olub məni qovdular, evə buraxmırlar. Ev də mənim adımadır. Öz evimə getməyə qoymurlar, məni ölümlə hədələyirlər. O kişinin başında problem var. İndi də üstümə şər, böhtan atırlar ki, guya zəhərləmək istəmişəm, evdən pul oğurlamışam. Xahiş edirəm, bu həqiqətləri hər kəsə çatdırın".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti