Sabah yağış yağacaq - Proqnoz

Sabah yağış yağacaq - Proqnoz


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gecce.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 17-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO 11:17 Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO