Bakıda taksi 3 qadını vurdu - Fotolar

Bakıda taksi 3 qadını vurdu - Fotolar


Bakı şəhərində daha bir yol nəqliyyat hadisəsi baş verib.

Gecce.az “Primetime.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Afiyəddin Cəlilov küçəsində yaşanıb. Belə ki, 3 qadın yolun piyada keçidi olmayan hissəsindən keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan avtomobil vurub. Hadisə nəticəsində hər 3 piyada da ciddi xəsarət alıb. Qəzaya düşən qadınlardan ikisinin adını öyrənmək mümkün olub. Bunlar Məmmədova Tünzalə və Nuriyeva Ləmandır. Onlar kəllə-beyin tramvası keçiriblər.

Adı məlum olmayan digər xanım isə hadisə nəticəsində huşunu itirdiyindən adını da xatırlamayıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Hər üç qadın xəstəxanaya aparılıb.

Bakıda taksi 3 qadını vurdu - Fotolar

Bakıda taksi 3 qadını vurdu - Fotolar

Bakıda taksi 3 qadını vurdu - Fotolar
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO 11:17 Səidə Dadaşova onu hədələdi - “Hünərin varsa, qarşıma çıx” / VİDEO