"Aparıcılar özlərini müasir göstərmək üçün..." - irad

"Aparıcılar özlərini müasir göstərmək üçün..." - irad


“Ədəbi dil normaları hansısa bölgənin ləhcəsi əsasında qurulmayıb. Təəssüflər olsun ki, bəzi televiziya kanallarında ədəbi dil normaları pozulur. Telekanallar bu məsələyə diqqət etməlidir, nöqsanları aradan qaldırmalıdır”.

Gecce.az-ın “Report”a istinadən xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, xarici dillərdən Azərbaycan dilinə xeyli sözlər keçib:

“Bəzi televiziya aparıcıları özünü daha savadlı və müasir göstərmək üçün lüzumsuz yerə xaric sözlərdən istifadə edirlər. Bu, düzgün deyil. Məsələ əks effekt verir. Bizi narahat edən məqamlardan biri də aparıcıların vurğunun düzgün vurulmaması ilə bağlıdır. Belə olan halda izləyici bunu başa düşmür, çünki vurğu yerində deyilməyəndə söz düzgün anlaşılmır”.

N.Məhərrəmli qeyd edib ki, mətnlərin oxunması ilə bağlı da problemlər mövcuddur: “Bəzən mətnlər sürətlə oxunur”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti