Sumqayıtda bina yandı - 15 sakin təxliyə edildi

Sumqayıtda bina yandı - 15 sakin təxliyə edildi


Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.


Gecce.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti