Bakıda insan faciəsi: ölümündən 1 ay sonra xəbər tutdular - YENİLƏNİB

Bakıda insan faciəsi: ölümündən 1 ay sonra xəbər tutdular - YENİLƏNİB


Bu gün Bakı şəhəri, Binəqədi rayonunda evdən meyiti tapılan şəxslə bağlı bəzi məqamlar aydınlaşıb.

Gecce.az lent.az-a istinadən bildirir ki, FHN-in xilasediciləri tərəfindən cəsədi tapılan 1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlu bir müddət imiş ki, ailəsindən ayrılıbmış və 7-ci mikrorayon Abay Kunanbayev küçəsində dostunun evində qalırmış.

Avqustun sonunda isə dostu evini E.Bağırova təhvil verərək gedib. Spirtli içki aludəçisi olan E.Bağırov bundan sonra xeyli içki qəbul etməyə başlayıb və bunun təsirindən ölüb.

Bu gün evə qayıdan həmin şəxs qapının arxadan bağlı olduğunu görərək FHN-ə müraciət edib. Qapı açıldıqdan sonra E.Bağırovun təxminən 1 ay əvvəl vəfat etdiyi və ətrafa dözülməz qoxu yayıldığı məlum olub.


---------

15:17

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Binəqədi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gecce.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib.

1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlunun cəsədi xilasedicilər tərəfindən mənzildə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti