Model Leylanın ölümünə görə həbs olunduğu deyilən həkim EFİRƏ ÇIXDI

Model Leylanın ölümünə görə həbs olunduğu deyilən həkim EFİRƏ ÇIXDI


Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxaninin həbs xəbəri son günlərin ən çox yayılan məlumatları arasında idi.

İki gün öncə "Bu bizik" verilişinin aparıcısı Tolik Sirus Qoçxaninin həbs xəbərini açıqladıqdan sonra məlumat təsdiqini tapmamışdı.

Məşhur prodüser Lider telekanalında yayımlanan verilişinin bugünkü buraxılışına haqqında həbs qərarının çıxdığını dediyi əslən iranlı Sirus Qoçxanini dəvət edib. Tolik səhvini bu sözlərlə izah edib:

"Mən sizin haqqınızda bundan qabaqki buraxılışda yanlış məlumat vermişdim. Müğənni Nazim dedi ki, doktor Sirusa cinayət işi açılıb. Biz sonra bildik ki, doktor Sirusa deyil, Firuz adlı anestezioloq əməliyyat zamanı hansısa bir jurnalistin ölümünə görə təqsirləndirilir. Məhkəmə onu 3 il 6 ay azadlıqdan məhrum edib. Ola bilər biz də "S" ilə "F"nı səhv edə bilərik. Hətta sonra Nazim vəkilinə zəng etdi. Vəkil dedi ki, Sirus doktorun anestezioloqu tutulub, amma elə oldu ki, o xəbər də səhv çıxdı".

Milli.Az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti