Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gecce.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti