Hamı kitabından danışır, bəs Namazov kimdir?

Hamı kitabından danışır, bəs Namazov kimdir?


Azərbaycanda repititorlar 5-dən 9-cu sinifə qədər riyaziyyatdan hazırlaşan şagirdlərə “Namazovun kitabı”nı almağı tapşırır, hətta məktəblərdə də dərsliklə yanaşı çalışma kitabı kimi ondan istifadə olunur.

“Namazovun kitablarındakı tapşırıqlar çətin və düşündürücüdür, uşaq daim duşundükcə beyni fəallaşır”. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Bakıda hazırlıq kurslarının birində dərs deyən riyaziyyat müəllimi Rufana Babayeva BBC Azərbaycancaya deyib.

O əlavə edir ki, Namazovun kitablarında təkcə dərslikdəki mövzu əhatə edilmir, həm də əlavə tapşırıqlar verilir.

Sadəcə, “Namazov” kimi tanınan riyaziyyatçı Mübariz Namazov Bakının Texniki-Humanitar Liseyində dərs deyir. 1996-cı ildə ilk riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti