Ata ilə qızının öldüyü qəza ilə bağlı açıqlama - Sükanda ana olub

Ata ilə qızının öldüyü qəza ilə bağlı açıqlama - Sükanda ana olub


Daxili İşlər Nazirliyi oktyabrın 2-də Şamaxıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, "Qafqazinfo" dünən qəzada ölən və yaralananların kimliyi ilə bağlı məlumat yaymışdı.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti