Bakıda nadir xəstəliyi olan 2 körpə əməliyyat olunub

Bakıda nadir xəstəliyi olan 2 körpə əməliyyat olunub


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında nadir cərrahiyyə əməliyyat həyata keçirilib. Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, nadir xəstəlik olan Pilorostenozdan əziyyət çəkən iki körpə əməliyyat olunub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, son 1 həftə ərzində pilorostenoz xəstəliyi diqanozu ilə klinikaya iki uşaq daxil olub. Uşaqlardan birində xəstəlik həyatının 52-ci günündə, digərində isə 9-10-cu günündə özünü biruzə verib. Nəticədə hər iki uşaqda diaqnostik çətinlik olduğuna görə, klinikaya gecikmiş halda ağır hipotrofiya ilə daxil olub.

Həkim Ramiz Poluxovun dediyinə görə, xəstələrdən biri - bu il iyulun 19-da dünyaya gələn İsa Ağayev 3500 qr çəki ilə doğulub. Həyatının 52-ci gününədək böyümə və inkişafı kafi olub, çəkisi 5000 qrama qədər artıb. Həkim bildirir ki, digər xəstə - Turan Qurbanlı isə avqustun 28-də 2300 qr çəki ilə doğulub, həyatının 9-10-cu günündə fəvvarəşəkilli qusmalar başlayıb və çəkisi 1850 qr-a qədər azalıb.

Hər iki xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, Pilorostenoz xəstəliyi özünü həm tez, həm də gec biruzə verə bilər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti