Sabah sulu qar, qar yağacaq

Sabah sulu qar, qar yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Gecce.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi, arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14°, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında oktyabrın 3-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 13-16° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

21.10.2017 / 10:00
 
Xəbər lenti