Xasiyyət və sağlamlığınız DOĞULDUĞUNUZ FƏSİLDƏN asılıdır. TƏƏCCÜBLÜ FAKTLAR!

Xasiyyət və sağlamlığınız DOĞULDUĞUNUZ FƏSİLDƏN asılıdır. TƏƏCCÜBLÜ FAKTLAR!


Amerika alimləri minlərlə insanların doğulduğu fəslini, sağlamlığını və xasiyyətini müqayisə etdikdən sonra aşkar ediblər ki, bu amillər biri biri ilə müəyyən dərəcədə bağlıdır.

Nation News xəbər verir ki, alimlərin fikrinə görə, insanın doğulduğu fəsil onun xasiyyətinə və sağlamlığına müəyyən təsir edir, bəzi xəstəliklərin riskini artırır. Alimlər bunu hamiləlik zamanı qadın orqanizminə olan müxtəlif təsirlərlə (klimat, vitamin və mineralların çox və ya az olması, gün şüalanması, virus və infeksiyalarla təmas və s.) izah edir.

Qışda doğulan insanlarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinə daha tez-tez təsadüf edilir. Həmçinin qışda doğulan insanlarda ağır depressiyalar və psixiki xəstəliklərin riski də digər fəsillərdə doğulan insanlarla müqayisədə daha yüksəkdir.
Qışda doğulanlar inadlı olur, karyera və biznes qurmaqda tez-tez böyük nailiyyətlərə nail olurlar.

Yazda doğulan insanlar digər fəsillərdə doğunlarla müqayisədə daha ucaboy olur. Onlarda autoimmun və limfa sistemi xəstəliklərinin riski daha yüksək olur.
Yayda doğulan insanlar optimist olur, özünü digər fəsillərdə doğulan insanlarla müqayisədə daha xoşbəxt hiss edir, depressiyaya daha az meyilli olurlar. Bu insanlarda görmə problemlərinin riski daha yüksək olur.

Payızda dünyaya gələnlər daha çox yaşayır, onların arasında üzünömürlülərə daha tez-tez təsadüf edilir. Bu insanlarda allergiya xəstəliklərinin və astmanın riski daha yüksək olur.

Payızda doğulan insanlar tez-tez əsəbi olur, ətrafdakılarla münaqişələr yaradır.
Maraqlıdır ki, müxtəlif ölkələrdə aparılan elmi araşdırmalar göstərib ki, maydan avqusta qədər doğulan insanlarda xərçəngin riski digər aylarda doğulanlarla müqayisədə daha aşağıdır.


Saglamolun.Az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti