Bu gün Azərbaycanda Aşuradır

Bu gün Azərbaycanda Aşuradır


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 1-nə düşür.

Fətvada Aşura mərasimlərinin mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməsinin vacib olduğu qeyd edilib.

Bundan başqa, son bir neçə ildə olduğu kimi, bu gün də qanvermə aksiyaları keçiriləcək.

QMİ Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edib.

Qeyd edək ki, Məhərrəm ayı sentyabrın 22-də başlayıb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti