Müəllimlərin imtahanında 4 bal toplayan BAYTAR BARƏDƏ AÇIQLAMA

Müəllimlərin imtahanında 4 bal toplayan BAYTAR BARƏDƏ AÇIQLAMA


“İmişli rayon Sarıxanlı kənd orta məktəbinin direktor əvəzi Sahil Vəliyevin baytar olması və diaqnostik qiymətləndirmədən 4 bal toplaması barədə məlumatlar yalandır”.

Bu sözləri Publika.az-a açıqlamasında İmişli rayon təhsil şöbəsində İctimai əlaqələr üzrə məsul şəxs Vilayət Vəliyev deyib.

O, S.Vəliyevin hüquq təhsili aldığını, sonra isə ixtisasartırma kursu keçdiyini bildirib:

“Həmin məktəbdə direktor işdən çıxandan sonra onun vəzifəsini Sahil Vəliyev icra edir. Lakin o, məktəbdə dərs aparmır. Sahil müəllim 1997-ci ildə Təfəkkür Universitetinin hüquq fakültəsini bitirib, 2009-cu ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisasının İxtisasartırma və yenidənhazırlanma ixtisasını bitirib. O heç vaxt məktəbdə dərs deməyib. Sahil Vəliyev ilk dəfə 2010-cu ildə hərbi müəllim kimi məktəbdə fəaliyyətə başlayıb. İki ildən sonra təşkilatçı müavin vəzifəsində çalışır”.

Təhsil şöbəsinin rəsmisi S.Vəliyevin baytar olması barədə yazıların qərəzli olduğunu bildirib:


“Həmin məktəbdə çalışan müəllim Fəridə Əsədovanın gəlini texniki işçidir. O istəyir ki, gəlini məktəbə gəlmədən maaş alsın. Sahil Vəliyev isə mövcud qaydalara uyğun olaraq işə gəlməsini tələb edir. Bu məlumatların mətbuata çıxmasının səbəbi bununla bağlıdır. Əks tərəf bilərəkdən Sahil Vəliyevi mətbuata bu cür təqdim edirlər ki, onun haqqında mənfi rəy yaransın, məsələni öz xeyrinə həll etsin. Sahil Vəliyev Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə Azərbaycan dili və Ədəbiyyat ixstisası üzrə avqust ayında imtahan verib. Bu da o deməkdir ki, onun fəaliyyəti nazirlik tərəfindən təsdiq edilib. Onun imtahanda nə qədər bal toplaması barədə məlumatım yoxdur. Lakin onun 4 bal toplamasına inanmıram”.

Qeyd edək ki, S.Vəliyevin baytar olması barədə ilk məlumatı aznews.az saytı yazıb. Bu gün saytda F.Əsədovanın açıqlamasında isə S.Vəliyevin imtahandan 4 bal topladığını bildirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti