Dərmanların qiyməti haqda açıqlama

Dərmanların qiyməti haqda açıqlama


“Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarının qiyməti tənzimlənib”.

Gecce.az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. E.Ağayev bildirib ki, ümumilikdə Tarif (qiymət) Şurası tərəfindən Azərbaycanda demək olar ki qeydiyyatda olan bütün dərman preparatlarının qiymətlərinə baxılıb və vahid qiymət qoyulub:

"Söz yox ki, bu, daim rotasiya olunan, təkrarlanan prosesdir. Bəzi preparatların qeydiyyatının vaxtı qurtarır, yeni preparatlar qeydiyyata düşür və proses davam etdirilir. Artıq 10 mindən çox dərman preparatının qiymətləri dövlət tərəfindən tənzimlənib".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti