Pulları dövriyyəyə necə qaytarmalı? – Təkliflər

Pulları dövriyyəyə necə qaytarmalı? – Təkliflər


“Müqayisəli hesablamalara görə, ölkədə ötən ilki məbləğdə Ümumi Daxili Məhsul (ÜDM) formalaşmır. Mərkəzi Bankın oktyabrın 1-ə olan son statistikasında Azərbaycanda 40,7 milyard manat, yəni ötən ilin eyni dövründən 3,5 milyard manat az ÜDM istehsal olunub”.

Bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, ÜDM nominal ifadə də azalıbsa, deməli əksər makroiqtisadi göstəricilər, o sıradan da dövlətin və istehlakçıların xərcləmələri, sərmayə yatırımları, ixrac gəlirləri də kiçilib: “Artan isə gündən-günə bahalaşan qiymətlər, aybaay çoxalan idxal malları və ixtisaslılar arasında geniş yayılan işsizlikdir. Qiymətləndirmələr göstərir ki, bütün bu dəyişikliklər pul qıtığına gətirib çıxarsa da əsas səbəblər siyahısında önəmli yerdə qərarlaşmırlar”.


Ekspert bunun əsas səbəblərindən biri kimi manata olan etibarın itməsini göstərib: “Ona görə də sahibkarlar və istehlakçılar manatla yalnız cari xərclərini ödəyəcək qədər əməliyyatlar üçün vəsait saxlayırlar. Nəticədə də hər iki qrupa məxsus kapital dollarlaşır və ən pisi də odur ki, onun bir hissəsi banklardan kənarda saxlanılır. Müşahidələr göstərir ki, valyutada olan iri pullar ölkədən çıxarılır, xırda “qara günlər” üçün nəzərdə tutulan pullar isə seyflərdə saxlanılır”.

İqtisadçı bildirib ki, tədiyyə balansının təhlilinin nəticələrinə görə ölkədən kapital axını kəskin artıb: “Bu ilin ilk 6 ayında Azərbaycandan kənara 4,5 milyard dollardan çox vəsait çıxarılıb.

İkinci səbəb iqtisadiyyatın dollarlaşmasıdır. Cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, banklarda olan bütün əmanətlərin 75,4 faizi dollarladır.

Başqa bir səbəb də kommersiya banklarının xarici öhdəlikləri ilə bağlıdır. Deməli, hər üç səbəbdən dollara tələbat artmaqdadır”.

Q.İbadoğlu vurğulayıb ki, Mərkəzi Bank bu tələbatı ödəmək üçün illərlə yığdığı valyutanı səxavətlə xərcləyərək aldığı manatları kisələrdə anbarlara doldurur: “Bir tərəfdən valyuta ehtiyatları bu ilin əvvəlinə olan 11,76 milyarddan 6,51 milyard dollaradək, başqa sözlə 44,7 faizə qədər, digər tərəfdən də geniş mənada pul kütləsi, ən çoxu da M2 pul aqreqatı (manatla olan pul kütləsi) aybaay azalır. Belə ki, bu ilin oktyabrın 1-ə, M2 pul aqreqatı 9,37 milyard manat olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 8 milyard manat və ya 46,3 faiz kiçilib.

Bu isə o deməkdir ki, dövriyyədə manatla olan pul kütləsinin hər ay orta hesabla 1 milyardı anbarlara və sandıqlara gedir”.

İqtisadçı-alim yaranmış pul qıtlığının digər səbəbini də qiymətlərin bahalaşmasına görə ailə büdcəsinin xərclərinin artması ilə yanaşı ev təsərrüfatlarına verilən kreditlərin azalmasında görür: “Bu ilin əvvəli ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat azalıb. Çox güman ki, bu kreditlərin də çoxu əvvəlki borcların bağlanması üçün bir bankdan digərinə transfer olub”.

O, pulların geriyə, dövriyyəyə qayıtmasının yollarını da açıqlayıb: “İlk növbədə manat real və sabit məzənnəli valyuta kimi real dəyərə və məzənnəyə malik olmalıdır. Bu isə onun dəyərinin üzən məzənnə rejimində bazar tərəfindən tənzimlənməsi şəraitində mümkündür.

İkincisi, yerli sahibkarlar və xarici investorlar üçün bərabər və təminatlı, təhlükəsiz və rəqabətli mühit formalaşdırılmaldır. Nəhayət, ölkədə gizli iqtisadiyyatın səviyyəsi düzgün ölçülməli və leqallaşdırılmalı, dəyərindən asılı olmayaraq bütün növ nağd ödənişlərin rəsmiləşdirilməsi stimullaşdırılmaldır”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Народ, кто - что может посоветовать по поводу http://goslink.ru.
Пожалуйста, пишите нише я обязательно прочитаю!
  • Нравится
  • 0
 
Xəbər lenti
                                                           
ankara escort