Biləsuvarda qəzada ölənlərin sayı 5-ə çatdı - Yenilənib

Biləsuvarda qəzada ölənlərin sayı 5-ə çatdı - Yenilənib


Biləsuvarda daha bir dəhşətli qəza baş verib.

Gecce.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 4 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran "KamAZ" markalı yük maşınına çırpılıb.

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir.

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər təfərrüatları müəyyənləşdirilir.

***

"Report"un xəbər verir ki, həlak olan 4 nəfərdən ikisinin adı məlum olub.

Onlar Lənkəran sakinləri Qasımov Samir Əzizulla oğlu və Nəsirov Çingiz Xudaverdi oğludur.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dəhşətli qəzada həlak olanların sayı 5-ə çatıb.

Dünyasını dəyişən digər 3 nəfərin adı da məlum olub. Onlar Əhmədov Mahir Bəşir oğlu, İlhamə Kazımova və Pəri Əhmədovadır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti