Azərbaycanda dəhşətli qəza - Məşhur şirkətin 4 qadın işçisi öldü+ Fotolar

Azərbaycanda dəhşətli qəza - Məşhur şirkətin 4 qadın işçisi öldü+ Fotolar


Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda “Mercedes” və “VAZ 2106” markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.


Gecce.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib.

Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub.

Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.

***

Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata görə, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:10-da başa çatıb.

***

Virtualaz.org xəbər verir ki, qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir. Onlar Ələt-Astara avtomobil yolunu çəkən EVRASCON şirkətinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirlərmiş.

Onların mindiyi maşını sürən 27 yaşlı Saatlı rayon sakini Hüseynov Babək Xanəhməd oğlu isə EVRASCON şirkətində fəhlə kimi çalışırmış. O hazırda ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycanda dəhşətli qəza - Məşhur şirkətin 4 qadın işçisi öldü+ Fotolar

Azərbaycanda dəhşətli qəza - Məşhur şirkətin 4 qadın işçisi öldü+ Fotolar

Azərbaycanda dəhşətli qəza - Məşhur şirkətin 4 qadın işçisi öldü+ Fotolar

Azərbaycanda dəhşətli qəza - Məşhur şirkətin 4 qadın işçisi öldü+ Fotolar

Azərbaycanda dəhşətli qəza - Məşhur şirkətin 4 qadın işçisi öldü+ Fotolar
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti