İnterpol daha bir azərbaycanlını axtarır

İnterpol daha bir azərbaycanlını axtarır


İnterpol daha bir azəbaycanlı barədə axtarış elan edib.

Gecce.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan vətəndaşı Vasif Səlimov dələduzluqda təqsirləndirilir.

1959-cu il təvəllüdlü V.Səlimov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirli bilinib və barəsində cinayət işi başlanılıb. İstintaqdan yayınan V.Səlimov barəsində məhkəmə həbs qəti imkan tədbiri seçib və onun barəsində axtarış elan olunması barədə İnterpola müraciət olunub.

İnterpol həmin qərar əsasında V.Səlimov barəsində beynəlxalq axtarış elan edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti