Biləsuvarda mikroavtobus aşdı - 22 nəfər yaralandı+ Yenilənib

Biləsuvarda mikroavtobus aşdı - 22 nəfər yaralandı+ Yenilənib


Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gecce.az-ın “Report”a istinadən məlumatına görə, bu gün axşam saatlarında fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var.

Fəhlələr pambıq yığımından qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report”un Aran bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti