İmtahanda 201 bal toplayan gənc özünü asdı

İmtahanda 201 bal toplayan gənc özünü asdı


Bakıda intihar hadisəsi qeydə alınıb.

Gecce.az-ın “Yenicag.az”a istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Ağayev Elman Cəmil oğlu özünü yaşadığı evin qapısından asıb.

Köynəyi ilə özünü asan gəncin intihar etməsinə isə qəbul imtahanından az bal yığması səbəb olub.

19 yaşlı gənc, intihar etməzdən öncə “WhatsApp”da status bölməsinə ölümdən yox, anasının göz yaşı axıtmağından qorxduğunu yazıb.

Qonşularının verdiyi məlumata görə, III qrupa imtahan verən Elman 201 bal toplaya bilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti