“Azərbaycanda boşanmayanlara birtəhər baxırlar...”

“Azərbaycanda boşanmayanlara birtəhər baxırlar...”


Tanınmış vəkil İradə Cavadova yeni ailə qurmağa hazırlaşan gənclərə maraqlı tövsiyə verib.

Son zamanlar boşanmaların sayının xeyli artdığını vurğulayan vəkil cütlükləri qarşı tərəfin kreditinin olub-olmaması ilə maraqlanmalanmağa çağırıb:

“Evlənən cütlüklərə tövsiyə edirəm ki,kreditlərinin olub-olmaması ilə bağlı mütamadi olaraq maraqlansınların. Çox zaman tərəflərdən biri digərinin xəbəri olmadan kredit müqaviləsi bağlayır. Bunun nəticəsində də boşanma zamanı xeyli problemlərlə üzləşirlər. İndiki zamanda boşanma lap dəb halını alıb, artıq boşanmayanlara birtəhər baxırlar”.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti