Dilin üzərində sarı ərpin SƏBƏBLƏRİ

Dilin üzərində sarı ərpin SƏBƏBLƏRİ


Normada dil təmiz, açıq çəhrayı rəngdə olmalıdır. Yüngül ağ ərp də normanın variantı sayılır.

Lakin dilin üzərində qalın sarı ərpin əmələ gəlməsi bir çox hallarda ciddi pozulmalara işarə edir ki, bu simptoma daha ciddi yanaşmaq lazımdır. Belə ərp çətinliklə təmizlənir və az bir müddətdən sonra yenə dilin üzərini örtür.

Dilin üzərində sarı ərpin səbəbləri:

1. Mədə xəstəlikləri (qastrit, qastroduodenit, xora xəstəliyi). Bu zaman dilin üzərində tünd sarı ərp, ağızdan pis qoxu, mədədə ağrılar (xüsusilə insan ac olanda, gecə vaxtı), narahatçılıq və s. kimi simptomlar əmələ gəlir.

2. Qaraciyər və öd kisəsi xəstəlikləri.

3. Mədəaltı vəzi xəstəlikləri.

4. Göbələk infeksiyası. Bu simptom immun sistemi zəif olan, uzun müddət ərzində antibiotikləri qəbul edən və şəkərli diabetdən əziyyət çəkən insanlarda tez-tez əmələ gəlir.

5. Disbakterioz. Bağırsaqların normal mikroflorasının pozulması.

Saglamolun.Az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti