Türk jurnalistləri: "Azərbaycanlılar, üzr istəyirik, bu il Ukraynanı dəstəkləyəcəyik"

Türk jurnalistləri: "Azərbaycanlılar, üzr istəyirik, bu il Ukraynanı dəstəkləyəcəyik"


Ukraynanı "Eurovision-2016" müsabiqəsində təmsil edən Krım-tatar müğənnisi Camala doğma dilini - Krım türkcəsini yaxşı bilmir.

Geccə.az oxu.az-a istinadən məlumat verir ki, o, bu barədə Rusiyanın "Sobesednik" nəşrinə verdiyi müsahibəsində deyib.

Jurnalistin hansı dillərdə sərbəst danışdığına dair sualına cavab verən müğənni bildirib:

"Ukrayna, ingilis, rus, bir az da krım-tatar dilində bilirəm".

Ukraynanın "Eurovision-2016" təmsilçisi, həmçinin Türkiyədən böyük dəstək gördüyünü də vurğulayıb.

"Yeri gəlmişkən, indi Türkiyədən böyük diqqət görürəm, məni orada çox dəstəkləyirlər. Onlar nəqarətdə türk dilinə çox yaxın olan Krım-tatar dilini eşidiblər və çox seviniblər.

Türkiyə bu il "Eurovision"da iştirak etmir, ona görə də məni özlərininki kimi qəbul edirlər. Türk jurnalistləri hətta: azərbaycanlılar, üzr istəyirik, amma bu il biz Ukraynanı dəstəkləyəcəyik deyərək zarafat edirlər", - Camala deyib.

Lika
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

21.10.2017 / 10:00
 
Xəbər lenti