Məşhurların 8 Mart gözləntiləri: "Hədiyyə almasa, onu öldürərəm"

Məşhurların 8 Mart gözləntiləri: "Hədiyyə almasa, onu öldürərəm"


Məşhurlar 8 Martdan danışdılar: "Xanımım böhrana görə hədiyyə istəmir"

8 Mart Beynəlxalq Qadınlar Gününün gəlişinə sayılı günlər qalıb. Qadınların əksəriyyəti bayramda hədiyyə almaq istəmədiklərini bildirsələr də, hər xanımın kiçik diqqətə ehtiyac duyduğu danılmazdır. 8 Mart ərəfəsində hədiyyə, geyim və gül mağazalarında yaşanan canlanma da günlər öncədən bayram əhval-ruhiyyəsini yaradır. Bəs 8 mart barədə məşhurlar nə düşünür?

Gecce.az məlumat verir ki, Musavat.com şou-biznes əhli arasında sorğu keçirib və kişi məşhurların bayram planlarını, qadınların isə hədiyyə arzularını öyrənib.

Meyxanaçı Namiq Qaraçuxurlu qeyd edib ki, həyat yoldaşına sürpriz etmək bəy olaraq borcudur: "Sevgililər Günündə aktiv oldum, həyat yoldaşıma gözəl sürpriz etdim. Nədənsə 8 Martla bağlı planım yoxdur. Bayramın yaxınlaşması dünən yadıma düşüb. Düşünürəm ki, bəy olaraq xanımıma hədiyyə alıb, onu sevindirmək borcumdur. Məncə, bahalı hədiyyə almaqdansa, hansısa sürpriz etmək daha gözəldir".

Teleaparıcı İlkin Həsəni sevdiyi xanımın hədiyyə istəmədiyini bildirib: "Sevdiyim xanım deyir ki, böhranı nəzərə alıb və hədiyyə istəmir. Amma bu bayram xanımlara qarşı diqqətdir. Mən də onun ürəyincə olacaq hədiyyə almağa çalışacağam".

Müğənni İlhamə Qasımova bu il həyat yoldaşından hədiyyə gözləmir: "Bu il hədiyyə istəmirəm. Həyat yoldaşımın qohumlarının səhhətində problemlər var. Başımız onlara qarışıb. Tək istəyim onların sağalmasıdır".

Müğənni Səidə Sultan bildirib ki, sevdiyi şəxs ona hədiyyə almasa, reaksiyası sərt olar: "Sevdiyim şəxs yoxdur, ona görə hədiyyə gözləmirəm. Ailə quran xanımlara bayramlarda ya həyat yoldaşları, ya da qardaşları hədiyyə verir. Məndə ikisi də yoxdur. Ola bilər ki, mənə kişi dostlarımdan kimsə hədiyyə etsin. Sevdiyim şəxs olsa və mənə hədiyyə almasa, onu öldürərəm. Münasibətdə əsas olan hörmətdir. Kiçik hədiyyə ilə də olsa, kişi xanımını sevindirməlidir".

Müğənni Elçin Cəfərov isə qeyd edib ki, bayramla bağlı plan qurmayıb: "8 Martda alacağım hədiyyə haqda düşünməmişəm. Hədiyyənin qabını özəl olaraq hazırladıram. Amma hədiyyə olaraq içinə nə qoyacağımı bilmirəm. Znət əşyası almayacağam, hazırlatdığım qab böyükdür, onun içini zinət əşyası ilə doldurmaq üçün gərək hər şeyimi satım. Əsas gözəl hədiyyə almaqdır. Bahalı hədiyyə çox önəmli deyil. Təbii ki, maddi imkan yaxşı olsa, qiyməti yüksək olan hədiyyə alaram".

Model Könül Əzizova qeyd edib ki, sevdiyi şəxslə yanaşı, dostlarından da hədiyyə gözləyir: "Əvvəla, xanımların bayramını təbrik edirəm, onlara qadın xoşbəxtliyi arzulayıram. Sevdiyim şəxs var, ondan və bir çox dostumdan hədiyyə gözləyirəm. Hədiyyənin böyüklüyü önəmli deyil. Əsas odur ki, düşünülüb ürəkdən gələrək alınsın. Bəzən imkanı böyük hədiyyələrə çatmayan insanlar elə kiçik sürprizlər edirlər ki, qadın xoşbəxt olur. Əsas xatırlanmaq və sevildiyini hiss etməkdir".

Müğənni Emil Bədəlov da bayramla bağlı plan qurmayan müğənnilərdəndir: "Həyat yoldaşıma hansı hədiyyəni alacağımı bilmirəm. Hər qadın kimi o da hədiyyələri sevir. Düzünü deyim ki, yoldaşım gül-çiçəyi çox xoşlamır. Hədiyyə seçə bilməsəm, özündən soruşacağam".

Lika
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti