Moskvada azərbaycanlı rəqqas gözləri bağlı rəqs etdi - Video

Moskvada azərbaycanlı rəqqas gözləri bağlı rəqs etdi - Video


“Tı super! Tansı”nın bütün münsifləri yaşıl işıq yandıraraq Türkmənistandan olan azərbaycanlı Ceyhun Ağa-Tağıyevə öz istedadını ikinci turda daha çox açmaq üçün şans veriblər.

Layihənin böyük səhnəsində müsabiqə iştirakçısı dubstep stilində, səhnəni gözünü bağlayaraq zənginləşdirməklə qeyri-adi rəqs nümayiş etdirib.

Layihənin iştirakçıları 142 gənc rəqqasdır. Onlara öz xoreoqrafik qabiliyyətini böyük bir ərazidə nümayiş etdirmək şansı yaradılıb ki, hər kəsin gözəl rəqs edə biləcəyini sübut etsinlər.

Xatırladaq ki, Azərbaycanı bu irimiqyaslı layihədə İlkin Hüseynov və Sevinc Behbudova cütlüyü, Sevda Fətullayeva və ikinci tura keçməyi bacarmış Abbasqulu Səfərov təmsil edir.




AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti