“Aqressiv olduğunu düşünmürəm...”

“Aqressiv olduğunu düşünmürəm...”


Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən "Neftçi" - "Qəbələ" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti şərh edib.

- Məğlubiyyətin səbəbini nədə görürsüz?

- Oyundan sonra birbaşa bunu deyə bilərəm ki, gözlədiyimiz kimi çətin oldu. Belə oyunlarda qol imkanları az olur. Amma buna baxmayaraq ilk hissədə çoxlu qol vəziyyətləri yaratdıq. Lakin bunları dəyərləndirə bilmədik. Qapımızda gördüyümüz qol isə düşünmədiyimiz səhvdən oldu. Mənim komandamda belə səhvlər olmamalıdı.

- 90 dəqiqə meydanda olan Araz Abdullayevin oyununu necə dəyərləndirirsiz?

- Səbəblərdən biri bu idi ki, bizim yerli futbolçulardan biri 2 gün əvvəl xəstələndi, digəri isə durduğu yerdə zədələndi. Bizim heyətə baxsaz, görərsiz ki, yerli futbolçularımız azdı. 3 mərkəz müdafiəçimiz zədəli idi. Belə vəziyyətlərdə qələbə qazanmaq çətindi. Amma buna baxmayaraq, biz bundan şikayətlənməməliyik. Siz sual verdiz deyə səbəbləri sadaladım.

- Rafael Santos əvəzlənməsindən narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Belə vəziyyətlərdə futbolçulara cəza verirsiz?

- Mən heç nə görmədim. O, aqressiv futbolçu deyil. Futbolçunun paltardəyişmə otağına getməsi normaldı. Rafanı çox istəyirəm. Onun aqressiv olduğunu düşünmürəm.

- Futbolçularınınz millinin düşərgəsində idi. Bunun məğlubiyyətə təsiri oldu?

- Bunu məğlubiyyətə səbəb kimi göstərə bilmərəm. Amma bu gün Caviddən başqa digər futbolçular səviyyələrindən aşağı çıxış etdi. Bu, mənim şikayətlənməyim mənasına gəlməsin. Biz fəx edirik ki, futbolçularımız millidə oynayır. Bunun səbəbi futbolçuların təcrübəsiz olmasıdı. Belə hallar Avroliqa oyunlarında da müşahidə olunurdu.

- İkinci hissədə oyunun tempi aşağı düşdü. “Neftçi” tempi salırdı, yoxsa sizin futbolçular yorulmuşdu?

- Düşünmürəm ki, “Neftçi” tempi aşağı salmağa çalışırdı. Biz hücumu gücləndirməli idik.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti