“Atam vermədi, onunla qoşulub qaçmaq istədim” - Fotolar

“Atam vermədi, onunla qoşulub qaçmaq istədim” - Fotolar


Gecce.az müğənni və aparıcı Sevil-Sevinc Səfərovaların “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

-Moskvada solo konsertiniz olacaq. Hazırlıqlar necə gedir?


Sevinc: Özümüz kimi konsertimiz də qalmaqallıdır.

Sevil: Hə, Allah haqqı düz deyir.

-Niyə ? Nə olub ki?

Sevinc: Bütün şou-biznes bir-birinə dəyib. Paxıllıqdan belə şey etmirlər. Onlar sadəcə qorxurlar. Düşünürəm ki, sağlam rəqabət heç vaxt olmur. Rusiyada bizdən sonra konsert vermək istəyənlər var, sadəcə olaraq qorxurlar. Əllərindən gələni edirlər ki, bizim bu ayın 28-də reallaşacaq konsertimiz alınmasın. O şəxslər həmin konsert zalında 29-u konsert verəcəklər. Fikirləşirəm ki, konsert verirsənsə, heç kəsin adından istifadə etməməlisən. Deyirlər ki, süpriz var, klounlar olacaq, filan sənətçilər çıxış edəcək və s. Amma biz tamaşaçıların həm müğənnisi, həm klounu, həm də rəqqasəsi olacağıq (gülür). Əgər konsertin adı “solo”dursa, hər şey bir şəxsin üzərində qurulmalıdır. Düzdü, bir yox, iki nəfərik (gülür). Biz əminik ki, yalnız Azərbaycanda deyil, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən də sevilirik. Burada bizə medianın, tamaşaçının sevgisi, şou-biznesdəki dostlarımızın dəstəyi var.

Sevil: Rusiyada iki konsert ard-arda var. 28-i biz, 29-u isə başqa insanlar həmin konsert salonunda çıxış edəcəklər. Bizim konsert solodur, orada bizi sevənlər olacaq. Səhəri gün isə ümumi konsertdir. Orada şou-biznesin bir neçə nümayəndəsi olacaq.

Sevinc: 4-5 nəfərdir...

Sevil: Həmin təşkilatçılar ilk dəfə bizimlə əməkdaşlıq etmək istədilər. Onlar daha sonra bizə yaxınlaşıb dedilər ki, konserti 28-i etməyin, biz sizə sonra konsert təşkil edərik.

“Atam vermədi, onunla qoşulub qaçmaq istədim” - Fotolar


Sevinc: Mən hələ bu təklifi düşünməyə başladım. Razılaşmaq kimi bir fikrim var idi.

Sevil: Düşündüm ki, xoşniyyətlə deyib, dostdur, yaxşılığımızı düşünür. Daha sonra anladım ki, onlar 29-u konsert təşkil ediblər. Düşünüblər ki, bizi Moskvada sevənlər çoxdur, hamı 28-i konsertdə iştirak edəcək, 29-u isə heç kəs gəlməyəcək.

Sevinc: Elə də olacaq (gülür).

Sevil: Bizim biletlər ucuz deyil, 200 manata yaxındır.

-Niyə ilk böyük solo konsertinizi Azərbaycanda yox, Rusiyada vermək istədiz?

Sevil: Təklif onlardan gəldi, razılaşdıq. Sırf qonorarla orada iştirak edəcəyik. Şükürlər olsun ki, biletlər satılır. Ancaq onlar qazandı, qazanmadı fərq etmir, biz qonorarımızı alacağıq.

Sevinc: Ancaq təşkilatçılar yetərincə qazanıblar.

Sevil: Onlar ilk 4 sıranı satıblar.

Sevinc: Qəribəsi odur ki, Azərbaycanda ilk sırada əyləşənləri dəvətnamə ilə çağırırlar. Moskvada isə əksinədir. Orada 1-cidən 6-cı sıraya kimi biletlər satışa çıxarılır.

Sevil: Sual kənarda qaldı, Bakıda konsert verməməyimizin səbəbini demədik.

Sevinc: Heç kəsə sirr deyil ki, biz şirkətlərdən birinin siması olmuşuq. Reklamlarımız çəkilib, ancaq onlarla birgə böyük konsertlərə imza atacağıq. İlk konsertimiz Gəncədə start götürəcək. Xalq konserti olacaq, amma qonorarla çıxış edəcəyik. Düşünürəm ki, müğənni hərtərəfli pulunu qazanmalıdır. Biz mahnı yazdırırıq, klip çəkdiririk. Bunlar maliyyəyə dayanır. Artıq pulsuz işlərə yox deyirik.

Sevil: Yəni, təkcə toydan yox, konsertdən də pul qazanaq. İnşallah, bu il bizim üçün konsertlərlə yadda qalacaq.

- Konsertdə geyimlərinizi Afa İsmayılzadə hazırlayacaq. İnsanları təəcübləndirə biləcəksiz?

- Afa xanımın yanında çalışan Elnuru hamı tanıyır. O gəlib bizə deyir ki, açıq-saçıq geyimlər olsun. Rihanna, Beyonsun geyimləri kimi. Amma bizim konsertdə belə geyimlər olmayacaq. Mən evdən qovulmaq istəmirəm (gülür). Düzdü, Rihannanın geyim tərzini çox sevirəm, amma bizdə alınmır. Səhnədə elə risk edə bilmərik.

- Səhnə cəsarət tələb etmir?


Sevil-Sevinc: Yox!

“Atam vermədi, onunla qoşulub qaçmaq istədim” - Fotolar


Sevil: Boş şeydir, əslində deyirlər ki, səhnə qalmaqalları, açıq-saçıqlığı çox sevir. Biz heç vaxt açıq-saçıq geyinməmişik. Dörd il ərzində qalmaqallarımız olub, ancaq onu media bilməyib. Biz insanların yaddaşında, mahnılarımız, veriliş və əməliyyatla qalmışıq (gülür).

-Əməliyyat niyə? Tək burnunuzun əməliyyat olunduğunu bilirəm.

- İnsanlar bir sözün üstünə beşini qoyur. Az qala yazalar ki, dişini də əməliyyat etdirmisən. Sosial şəbəkələrdə çox yazırlar, müzakirə edirlər. Evə gedəndə anam yoxlamağa başlayır. Üzümüzə, dodağımıza, göz-qaşımıza diqqət edir. Guya, məni öpmək istəyir, üzümü yoxlamağa başlayır. Deyirəm ki, nə olub? Söyləyir ki, heç nə, bir xəbər oxumuşam. Cavab verirəm ki, onlara inanırsansa, sənə sözüm yoxdur (gülür). O qədər yazırlar ki, anam belə narahat olur. Düzdü, məndə korreksiya əməliyyatları olub. Uşaqlıqdan çapıq izləri olub, götüzdürmək istəmişdim, alınmamışdı. Yəqin ki, bunu başqa bir şey kimi başa düşürlər. Plastik əməliyyat sayıla bilər, amma çapıq izlərini aradan qaldırmaq istəyirəm. Burundan sonra iki dəfə cəhd olunub, amma yenə aradan qalxmayıb.

-Sizə elə gəlmir ki, azərbaycanlı xanımlar bir-birinə bənzəməyə başlayıb?

Sevil: Sevinc: Yox!

Sevinc: Sizə bir söz deyim ki, Rusiyada hamı azərbaycanlı xanımların bir-birinə bənzədiyini deyirdi. Mənim üçün də rus xanımlar bir-birilərinə çox bənzəyirlər. Məsələn, Ukrayna qızlarını sarışın, “kurnos” burun və hündürboy kimi tanıyırıq. Onları görən kimi bilirik kimdilər.

Sevil: Həmçinin, bizim qızların bir-birinə bənzəmələri estetik əməliyyatlardan irəli gələ bilər. Sizin sualınızdan belə bir şey başa düşdüm.

Sevinc: Bizim həkim deyir ki, 5 ildir klinika işlədirəm və həyatımda ilk dəfə belə an yaşayıram. Söyləyir ki, sizin əməliyyatdan sonra çoxlu sayda insan mənə müraciət edir. İnanın, həkimə bizim şəkillərimizlə gedirdilər. Həkim onları başa sala bilmir ki, öz quruluşlarına bizim burun yaramır. Demək ki, bizim reklamımız güclüdür.

Sevil: Bizə sual verirlər ki, mağazanızda vəziyyət necədir? İşləyir? Deyirik ki, hə... Təəccüblənirlər, hamıda böhran olduğunu söyləyirlər. Anlamırlar ki, biz həftənin 5 günü verilişdə reklam edirik. Mən bir çanta paylaşıram, deyirəm ki, mənim üçün özəl gətirilir. Hamı mağazada sıraya düzülür. Məcbur olurlar ki, həmin çantadan 20-30 dənə gətirsinlər.

“Atam vermədi, onunla qoşulub qaçmaq istədim” - Fotolar


-Sizə paxıllıq edənlər çoxdur?

Sevinc: Bütün sahələrdə paxıllıq var. Hərdən bizə deyirlər ki, niyə heç kəslə yola getmirsiz? Onlara başa sala bilmirəm ki, şou-biznesdə danışmadığımız bir neçə müğənni var. Bizim bir xasiyyətimiz var. Əgər insan bizim arxamızca danışır, sonra üzümüzə gülürsə, onunla danışmaq istəmirik. Tolik deyir ki, hamıyla mehriban olaq, danışaq. Amma biz başa sala bilmirik ki, həmin insanlarla görüşəndə rahat olmuruq. Heç salam belə vermək istəmirik. Bizim qalmaqallarımızı siz sadəcə eşidə bilərsiz, ancaq təfərrüatını heç kəs bilmir. Küsməyimizin səbəbini demirik, müzakirə etmirik. Həmin şəxsə sual verirlər, həmin şəxs cavab verə bilmir. Söz tapmır, deyir ki, bilmirəm. “Bilmirəm” çox ayıb olan bir sözdür. Necə yəni bilmirəm? Hərdən mənə sual verirlər ki, filankəslə danışmırsız, səbəb atanızın yasına gəlməməyidir? Mənə çox pis təsir etdi. Xahiş edirik, heç kəs bizim ailə işimizə qarışmasın. Birincisi, kiminsə yaxını rəhmətə gedirsə, “Allah rəhmət eləsin” deməlisən. Buna insanın mədəniyyəti, tərbiyəsi çatmalıdır. Amma buna görə, heç kəsdən incimərəm. Amma biz hansısa bir şəxsin yaxını rəhmətə getsə, gedərik, başsağlığı verərik. İnsan bir anlıq boşluqda olur, düşünür ki, kaş o da gələrdi, bizə təsəlli verərdi. Deyirlər ki, çatdırmadım, gedə bilmədim. Bu sözü deməklə başından böyük bir qələt edirsən. Mən belə şeyləri sevmirəm. Biz yasdan qabaq çox insanlarla danışmamışıq. Atam rəhmətə gedəndən sonra niyə bu məsələ qalxır? Niyə onunla əlaqələndirirlər? Röyadan çox işləyən yoxdur, iki saat gəlib yanımızda oturdu. Güldürməyə də çalışdı, bizimlə söhbət etdi. Bunu etməyə də bilərdi, amma insanlığını göstərdi. Bəs bu balacalar kimdi? Onlar deyir ki, vaxtım yox idi. Xahiş edirik, belə şeylər daha yazmayın, açıqlama almayın. Yoxsa cavablarını pis verəcəm (gülür).

-Sevinc, elə olub ki, Sevilin küsdüyü şəxslə sən münasibətini davam etdirəsən? Və yaxud, bu əksinə də ola bilər.

Sevil- Sevinc: Yox!

Sevil: Bizim hər şeyimiz eynidir. Təsəvvür edin ki, bayaq makiyaj edirəm. Güzgüyə baxdım, dedim ki, məndən yaxşı foto-model olar. Bir neçə dəqiqə sonra Sevinc gəldi, güzgüyə baxıb dedi: “Atıram müğənniliyin daşını, foto-model olacam”.

Sevinc: Düz deyir, elə oldu (gülür).

“Atam vermədi, onunla qoşulub qaçmaq istədim” - Fotolar


Sevil: Bizdə düşüncə belə eynidir. Ötən gün dostumuz bizə qarşı xırda səhv etdi. Sevinclə mübahisə edirdi, o kənarda durdu, elə bil onun payını vermək mənə qalmışdı. Söhbətə aidiyyatım yox idi. Dostumuz da deyir ki, sən niyə coşdun? Bizdə belə kiçik mübahisələr olur. Sizə bir şey danışım. Hərdən olur ki, birini tərifləyirəm. Sevinc gəlib qulağıma deyir ki, ondan zəhləm gedir, həmin adam elə ordaca gözümdən düşür (gülür).

Sevinc: Avtomatik gözündən düşür.

Sevil: Hələ 16 yaşım var idi, birinci dəfə elçi gəlmişdi. Mən də sevinirəm, babat da oğlan idi. Peşmanam, hər şeyi var, xaricdə yaşayır (gülür). Evdə müzakirə etməyə başladılar, amma atam icazə vermədi. Dedi ki, hələ uşaqdır. Kişi məni bu yaşıma kimi gətirib çıxardı, amma hələ ərə getməmişəm. Atam deyirdi ki, mənim qızım gedib kiminsə corabını yuyacaq? (gülür) Yəni, atam vermədi, evdə qalmışam. Düşündüm ki, qoşulub onunla qaçım. Sözümün canı odur ki, Sevinc gəlib dedi ki, üzü çox “porsux”du. Tezcə fikrimdən daşındım.

Sevinc: Bir dəfə də mən atamla Moskvaya mükafat almağa getmişdim, Sevil isə dərsləri olduğu üçün evdə qaldı. Üç günlük getmişdim, amma qızdırmam qalxdı. Atamın pulları telefonlara gedirdi. Qulağımdan telefon düşmürdü, onunla danışırdım.

Sevil: Bütün günü telefonla danışırdıq. Bizim ayrılmağımız mümkün deyil. Bir-birimizə çox bağlıyıq.

- Xarakterlərinizdə fərqlilik var. Sevinc bir qədər əsəbi, Sevil isə sakitdir.

Sevinc: Yox, Sevili əsəbi olanda heç kəs görməsin. Mən onu yola verirəm.

Sevil: Düzdü, Sevinc məni yola verir. Çox əsəbi insanam. Yeganə bizimlə çalışmağa gələndə ilk sözüm belə oldu: “Əsəbi olanda məni danışdırma”.

Sevinc: Bizimlə çalışmaq çox rahatdır. Kaprizli deyilik, amma işimiz çox olur.

-Mənə maraqlıdır ki, siz çox vaxt eyni düşünürsüz, eyni də qərar verirsiz. Heç olub ki, bir oğlanı ikiniz də sevəsiz?


Sevil: (gülür). Elə şey yoxdur, olmayıb. İki qardaş ola bilər, ancaq eyni oğlanı sevməmişik.

-Toyunuzu necə etmək fikriniz var?

Sevinc: Özüm bu barədə danışacam. Toyumuzu eyni etmək fikrimiz yoxdur. Düşər, düşməzi var. Toya heç kəsi dəvət etməyəcəm, nə qohum, nə də tanışları... Onları ziyana salmayacam. Sadə uzun geyimdən istifadə edəcəm, xaricdə toyumu edəcəm. Bəylə bir-iki foto çəkdirəcəm, onunla birgə istifadə etdiyimiz instaqram səhifəsində açacam. Bunun səbəbi var, istəmirəm ki, həyat yoldaşımı kimsə görsün. Onun çirkinliyi, gözəlliyi heç kəsi narahat etməsin.

Sevil: Mən də... Biz çox gizli insanlarıq. Hətta bu yaxınlarda bizdən icazəsiz evimizdə çəkiliş olmuşdu, bir otağı görüntülənmişdi. İnanın, redaktorumun saçını-başını yolurdum. Düzdü, gözdən, nəzərdən qorxmuruq. İstəmirəm kimsə desin ki, onun var, mən də istəyirəm. Allah hər kəsə nəsib etsin. Çox adam deyir ki, siz ancaq instaqramda selfi çəkdirib paylaşırsız. Bahalı həyat tərzi yaşamırıq, getdiyimiz məkanlar da lüks deyil. Elə məkanları izləyicilərimizə təqdim edirik ki, onlar da rahat gedib dincələ bilsinlər.

Sevinc: Belə addımlarımız ikibaşlıdır. Bizdən maddi cəhətdən üstün insanlar var. Onlar deyərlər ki, bunlar nə qədər görməmişdi? Özünüzü kimə göstərirsiz? Bizdən maliyyə cəhətdən az qazananlar isə belə şeyləri arzu edirlər. Allah hər kəsi öz arzusuna çatdırsın. Belə də ki, evimiz 10 illik kreditdədir.

- Həmçinin, aparıcılıq etdiyiniz veriliş daha çox qalmaqallarla yadda qalır.

Sevil: Baxımlı kanalda işləməyin məsuliyyəti böyükdür. Doğrudan da bizim kanal çox baxımlıdır. Səhər verilişləri aparanlar çox olub, amma maraqlı alınmayıb. Hərdən deyirəm ki, bəlkə həftədə bir dəfə efiri aparaq. Sonra düşünürəm ki, bizə belə də rahatdır. Fikirləşirəm ki, veriliş həyat tərzimizə çevirilib. Bütün günümüz “Hər şey daxil”lə başlayır. Altıncı və bazar günləri işləmirik, günümüzün çox vaxtı gedir. Saat 1-ə kimi yatırsan, heç bir işini çatdırmırsan. Ancaq bu verilişin sayəsində tezdən oyanırsan, işlərini görürsən. Bir söz deyim, verilişin yaxşı tərəflərindən heç kəs yazmır. Hamı pusquda durur, bir səhv axtarırlar. İndi isə belə şey olmayacaq. Canlı yayım 5 dəqiqə ara ilə efirdə yayımlanır. Səhv olan zaman anında həll edə bilirlər. Adi bir söz deyirsən, onu səhv başa düşürlər.

Sevinc: Bizim tamaşaçı bir qədər aqressivdir, problem axtarır. Biz Sevda Yəhyayeva ilə şəkil paylaşmışıq. Əlini elə qoyub ki, üzüyünün işığı kənardakı barmağının üzərinə düşüb.

Sevil: Yazırlar ki, Sevda barmağıyla qeyri-etik işarə göstərir, getsin ata-anasına göstərsin. Qızı yıxıb-sürüyüblər. Axı bu üzükdür, normal düşüncəli insan belə düşünməz. Görün, insanlar nələri düşünür. Bizə deyirlər ki, addımlarınıza fikir verin. Addım nədi? Saçının telinə kimi fikir verməlisən. Sevdaya görə pis oldum.

-Ən çox izləyicisi olan məşhurlardansız. Yəqin ki, sizə yazılan şərhləri oxuyursuz. Nə kimi tənqidlərlə üzləşirsiz?

Sevinc: Şərhləri oxuyuram. Əvvəllər yersiz tənqiqlərə daha çox fikir verirdim. Hətta o yazılanları görəndə ağlayırdım. Mənim anam, qardaşım bizə yazılan rəyləri oxuyur. Ara-sıra oturub düşünürəm. Tanımadıqları insanlar haqqında necə ağızlarına gələni danışa bilirlər? Mən Sevdaya şərh yazanı bloka atdım. Onların mənim səhifəmdə olmağını istəmirəm. Bizim insanlar çox aqressivdir. Hansısa bir mənfi rəy görsəm, silirəm. Yazırlar ki, sənin keçmişin nə gündə olub? Bax, siz mənim keçmişimi hardan bilirsiz? Tərbiyəsizlik edib bu sənətə gəlməmişik, əziyyət çəkmişik. Bunlara nail olmayanlar şərh yazırlar. Şəkil paylaşanda rəylərə diqqət edirəm. Anam 100 min rəy yazılsa da, hamısını oxuyur. O, bütün müğənnilərin səhifələrinə də diqqət edir. Amma bizdə çox aqressiv rəylər olmayıb.

- Etiraf edək ki, indi hit mahnılarınızın sayı azalıb. Ancaq efirə çıxandan sonra verilişlə daha çox müzakirə olunursuz...

Sevinc: Niyə? “Borc ver”, “Eşq dəlisi” kimi mahnılarımız hit oldu. Sevilən mahnılar çoxdur, indiki dövrdə yutubu açaq. Azərbaycanda tək müğənnilərdənik ki, izlənmə sayı bir milyonu keçir.

-Mahnı seçərkən son sözü kim deyir?

Sevil: Mahnı seçərkən heç kəsə etibar etmirəm. “Dostum” mahnısını keçən il təqdim etdik. O mahnı hardasa partlayışa səbəb olmadı. Ancaq həmin mahnını yuxarı təbəqə çox sevir, bütün məclislərində oxutdururlar. “Ürəyim” mahnısı ilə tədbirlərdə pullar qazanmışıq. Məsələn, Elçinlə Sevdanın “Səni sevirəm” adlı mahnısı var. Həmin mahnı sırf kommersiya mahnısıdır. Kütlə mahnısı deyil. Məsələn, əvvəl bizimlə bir xanım çalışırdı. Sevinclə o deyirdi ki, “Dostum” mahnısı tutmayacaq. Ancaq ətrafıma baxırdım, xanımların hamısı şikayətlənirdi. Bilirsiz nədən? Sevdiyi kişilər onlara dost kimi yanaşır. Bəylərə həm sevgili, həm də dost olmaq sərf edir. Başa düşdüm ki, bu mövzuda mahnı yaxşı alınacaq. “Ey ürək” mahnısını hit olmaq üçün ifa etməmişik, amma indi Moskva məclislərində oxumağımızı həmişə istəyirlər.

- Bir az da “O səs Türkiyə” yarışmasından danışaq. Yarışmaya ilk cığır açan azərbaycanlılar oldunuz. Yəqin ki, məlum qalmaqaldan xəbəriniz var. Siz bu haqda nə düşünrsüz?


Sevinc: O yarışmadan sonra kim iş gördü? Elnur təkcə qalib oldu.

Sevil: Elnuru çox istəyirəm, amma onun kimi səhlənkar ikinci adam tanımıram. Həm Samir, həm də Elnur elədir. Dəfələrlə efirə çağırmışıq, gəlməyib. Samir nə telefona cavab verir, nə də gəlir. Bakıya gələndə üzünü çevirib gedirlər, deyirlər ki, vaxtında dəstək olmamısız. Sizi axtarırlar, siz gəlmirsiz. Elnur birinci oldu, böyük uğur qazandı, amma Azərbaycanda heç nə etmədi.

Sevinc: Azərbaycanlıların da yarışma ilə bağlı fikirləri ilə razılaşmıram. Əcəb edib uzaqlaşdırıblar. Bir dəfə qalib olduq, iştirak etdik. Kifayətdir...

Sevil: Allah onlara yol açdı, getdilər, münsiflər döndü. Sonradan çıxmaları önəm kəsb etməsin. Biz “Yeni ulduz” yarışmasında 9-cu sırada idik. Amma bu il nə qalibini, nə də 16-lıqda olan uşaqları səhnədə görmürəm. Azərbaycanda istedadlı uşaqlar çoxdur, amma otururlar, deyirlər ki, bizim pulumuz yoxdur. Guya, bizə pul tökən var idi? Mən də proqramlarda çıxış etmişəm, pul qazanmışam.

-Bu mövzu mənə çox maraqlıdır. Siz əldə etdiyiniz gəliri necə bölürsüz?


Sevinc: Pul ortaq olur. Ayrı evlərdə qalsaq, başqa ailəyə baxsaq belə olardı. Amma sadəcə olaraq eyni evə baxırıq. Evdə pullar Sevildə qalır.

Sevil: Düşünürəm ki, evdə anam var, ancaq pula bir nəfər baxmalıdır. Əgər o pul bölünürsə, heç nə əldə edə bilməyəcəksən. Valideynlərimin əli hər zaman açıq olub. Ona görə də, onlar çox şey edə bilməyiblər.

Sevinc: Mən də belə düşünürəm. Evi olmayanın maşını da olmaz. Birinci ev almaq lazımdır, daha sonra isə maşın...

“Atam vermədi, onunla qoşulub qaçmaq istədim” - Fotolar

“Atam vermədi, onunla qoşulub qaçmaq istədim” - Fotolar



Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti