"Bakıda nişanlı idim, Türkiyədə ərə getdim"

"Bakıda nişanlı idim, Türkiyədə ərə getdim"


Türkiyədə yaşayan aktrisa, əməkdar artist Məlahət Abbasova ölkə.az saytına müsahibə verib:

Gecce.az müsahibəni təqdim edir:

- Məlahət xanım, özünüzdən bəhs edərdiniz.

- Mən Məlahət Abbasova Pirşağıda anadan olmuşam. İncəsənət universitetində oxuduqdan sonra, Akademik Milli Dram Teatrında 5 il çalışmışam. Ailə həyatı qurduqdan sonra isə Türkiyədə yaşayıram. Hal-hazırda isə İstanbul şəhər teatrlarında həm aktrisa, həm rejissor, həm də bədii rəhbərin müavini kimi fəaliyyət göstərirəm. İki övladım var – Sudə, Uğur.

- Türkiyə yolçuluğu necə başladı?

- O zaman ora qastrola gedirdik. Türkiyəyə gəldikdən sonra yoldaşım və onun ailəsi ilə tanış oldum və 1 həftəyə evlənmək qərarı aldıq. Türklər belədir, sevirlər, alırlar. Heç uzatmaqları yoxdur. (gülür) Daha sonra yoldaşım məni orada teatrda işə düzəltdi. Əslində şokda idim ki, mənim aktrisalıq etməyimə icazə verdi. Özünüz də bilirsiniz ki, onlarda biraz yaxşı qarşılanmır.

- 1 həftəyə tanımadığınız biriylə evlənməyinizi ailəniz necə qəbul etdi?

- Qəbul etmədilər. Yalnız bacım normal qarşıladı. Daha sonra yoldaşım Bakıya gəldi və ailəmin yanına gedib barışdı. Atamın da ürəyinə yatdı və qəbul etdilər.

"Bakıda nişanlı idim, Türkiyədə ərə getdim"


- Bəs evlilik təklifini qəbul etdikdə qorxmadınız?

- Bunları heç düşünmədim. İnanın ki, düşünmədim. Kor-koranə addım atdım. Vizam bitirdi deyə onun təklifini qəbul etdim. Mən o vaxt həm də Bakıda nişanlı idim.

- İki ölkə arasında qurulan körpü əlaqəsində rolunuz çox böyükdür.

- Türkiyədə qabağa getmək çox çətindir, amma mümkündür. Orada sənətə təzə başlayanda çox qorxurdum, sonra yavaş-yavaş düzəldi. Zamanla özümü doğrultdum. Daha sonra baxdım ki, bizim kitabxanada bir dənə də olsun Azərbaycan əsəri yoxdur. Bu mənə pis təsir etdi. Mən də öz əsərlərimizi tərcümə edib tamaşaya qoydum. İlk olaraq tamaşaya Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərini qoyduq. Keçən il “Təhminə və Zaur”, “Qatil”, “Şekspir” kimi əsərləri tamaşaya qoymuşuq. Keçən il “Şekspir” əsərinə görə ilin rejissoru mükafatına layiq görüldüm.

O vaxt İstanbulun bələdiyyə sədri olan Rəcəb Tayyib Ərdoğan məni tanıyırdı. O mənə dedi ki, “Sənə ilk işini deyirəm. Azərbaycan və Türkiyə arasında "körpü" olacaqsan.

- Biz sizi “Min bir gecə” serialından sonra tanıdıq…

- O seriala kimi 17 serial və bir çox filmlərə çəkilmişdim. TMC şirkəti mənə zəng edib təklif edəndə mən ana olmağa hazırlaşırdım. Həmin vaxt “Yox” cavabı verdim. Daha sonra bu serial bir neçə dəfə mənə təklif etdilər. Getdim görüşdüm və Kudret Sabancı məni razı saldı (gülür). Serial çox uğurlu oldu. Sənətimə daha da təkan verdi.

- Rollarda dil problemi yaşayırsınızmı?

- Əslində olmur. Qohumlarım tez-tez qonaq gələndə isə sıxıntı olur. (gülür) Amma artıq öyrəşmişəm. Əvvəllər təzə-təzə başlayanda danışığımda müəyyən axsamalar olurdu və ona görə mənə baş rollar vermirdilər. Sonradan üzərimdə işlədim və məndə alındı.

- Nə qorxudur sizi?

- Uşaqlarıma nəsə olması. Onlarla bağlı hər şey məni çox qorxudur. Bütün fikrim-zikrim onlardır.

- Həyatınızda olmasını istədiyiniz bir şey varmı?

- Çox istərdim ki, gözəl rollar oynayım. Məsələn “Hamlet”dəki Ofeliyanı oynamaq istərdim.

- Bundan sonrakı planlardan danışaq.

- Hüseyn Cavidin “İblis” əsərinin üzərində işləyirəm. Oktyabrın ortalarında səhnəyə qoyulacaq. Daha sonra Elçin müəllimin “Teleskop” əsəri var. Mir Cəlal Paşayevin hər hansı bir əsərini səhnələşdirmək fikrim var. Bu işləri orada görmək asan deyil. 70 milyonluq xalqdır.

- Bizim teatrlardan sizə niyə təklif gəlmir?

- Vallah bilmirəm. Təklif gəlməsini və burada çalışmağı mən də istəyirəm. Türklər mənim gücümdən, beynimdən məharətlə istifadə edir. Mən öz ölkəmə xidmət etmək istəyərəm. Hamısı məni çox istəyir, sevir, amma dəvət etmirlər. Səbəbini bilmirəm.

- Övladlarınızın bu sənəti davam etdirməsini istərdinizmi?

- Bakıda yox, amma Türkiyədə istəyərəm. Çünki Türkiyədə işləmək hamısı öz gücünədir, prestijlidir. Qızım seriallarda, filmlərdə oynuyur. Məndən çox təklif alır. (gülür) Mən həkim olmasını istəyirəm.

- Rol təklifləri gələndə hansı kriteriyalara “veto” qoyursunuz?

- Əvvəllər açıq-saçıq səhnələrə görə çox qadağalar qoyurdum. Amma indi yaş o yaş deyil. O cür rolları keçib yaşımız.

- Bizim şou-biznesdən kimsə orada fəaliyyətə başlamaq üçün kömək istəyibmi?

- Olub. Çox olub. Adlarını çəkmək istəmirəm.

- Yoldaşınız sizi qısqanırmı?

- Xeyr. Sevgi inamdır. Mənə inanır, məni tanıyır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
HAVA PROQNOZU

22.01.2017 / 13:45
 
Xəbər lenti