"Kosovonun əleyhinə səs vermişik"

"Kosovonun əleyhinə səs vermişik"

Sabah 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda start götürəcək Avropa çempionatında ilk oyununu keçirəcək Azərbaycan millisi bu gün açıq məşqə çıxıb. Hazırlıq prosesini AFFA-nın baş katibi Elxan Məmmədov da izləyib.

Gecce.az məlumat verir ki, o, futbolinfo.az-ın suallarını da cavablandırıb:

- Azərbaycan AÇ-yə tam hazırdı?

- Bütün işlər tamamlanıb. Hər şey qaydasındadı. Arzumuz budu ki, sabah stadiona çox sayda azarkeş gəlib, komandaya dəstək olsun. Avropanın 15 ən güclü komandası ölkəmizə təşrif buyurub. İlk matç bizim üçün vacibdi. Bütün matçlarda sona kimi dəstək lazımdı. Bu olsa, komanda daha da inamlı oyun nümayiş etdirəcək.

- Çox güman ki, sabah UEFA-nın aşağı yaş qrupları üzrə turnirlərində rekord qeydə alınacaq.

- Bu, bizdən asılıdı. 30 mindən çox adamın gəlməsi gözlənilir. Bu baxımdan tarix yaza bilərik.

- Rəsmi qonaqlar arasında kimlər olacaq?

- Yarışların rəhbəri Georgio Marketti gələcək.

- Bir neçə gün əvvəl UEFA-nın tədbirində iştirak etdiniz. Konkret nələr müzakirə olundu? Qurumun yeni prezidentinin kimliyi ilə bağlı yenilik varmı?

- Bu haqda heç bir müzakirə aparılmadı. Çünki Mişel Platini ilə bağlı qərar verilməyib. Digər məsələ Kosovonun UEFA-ya üzv seçilməsi ilə bağlı idi. Səsvermədə 28 lehinə, 24 əleyhinə səs verildi. Azərbaycan da təbii ki, mənfi rəy bildirdi.

- Kosovo müstəqil ölkə kimi Azərbaycan tərəfindən tanınmır. Gələcəkdə qarşılaşsaq, hər hansı problem yaşana bilər?

- UEFA, hələ ki, onların yarışlarda statusunu müəyyən etməyib. Hələ ki, müzakirələr aparılmayıb. Bizdən başqa da Kosovonu müstəqil dövlət kimi tanımayanlar var.

- Futzal millisinin baş məşqçisi ilə bağlı məsələ nə yerdədi?

- Hazırda 2 əcnəbi məşqçi ilə danışıqlar gedir.

Türkan
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

25.09.2017 / 14:20
Baş həkim vəfat etdi

25.09.2017 / 13:17
 
Xəbər lenti