Fikrət Qocadan Vahid Əzizə: “Ayıb olsun” - QARŞIDURMA

Fikrət Qocadan Vahid Əzizə: “Ayıb olsun” - QARŞIDURMA

Doğum günündə Vahid Əziz keçmiş qələm dostları ilə üz-göz oldu. Belə ki, 70 yaşını qeyd edən Vahid Əziz xoş günündə onu təbrik etmədiyinə görə AYB sədri Anarın və birliyin katibi Fikrət Qocanın bostanını daşlayıb.

“Mən Qarabağ müharibəsində olanda Anarla Fikrət Qoca Türkiyədə gizlənmişdi. İndi yubileyim münasibəti ilə “Ədəbiyyat” qəzetində məni quru təbrik də etmədilər”-Vahid Əzizin ittihamına qarşı tərəfin cavabı özünü çox gözlətməyib.

Gecce.az xəbər verir ki, Publika.az-a açıqlama verən Fikrət Qoca həmkarını ağllı olmağa səsləyib:

“Vahid Əziz 70 yaşına gəlib çatıb, amma yeddi gün gözləməyə səbri çatmayıb. “Ədəbiyyat” qəzeti onun yubileiyni şənbə günü təbrik etməcəyəkdi ki? Bu gün doğum günüdür, bu həftə də təbrik edəcəklər. Amma cığallıq etmək, bəhanə ilə bostanımızı daşlamaq lazım deyildi. Ağzına gələni danışır, ayıb olsun. O müharibəyə gedəndə biz də burda boş oturmamışıq. Türkiyəyə getmək, Türkiyədə gizlənmək anlamını vermir. Elə bilirəm bu sözünə görə utanacaq. Biz ad gününündə onunla görüş də təşkil edərdik, bunun üçün bizə müraciət etməliydi. Gəlsin desin, biz də təşkil edək”.

Qeyd edək ki, uzun müddətdir Vahid Əziz AYB-dən ayağını kəsib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti