Ermənistan tərəfinin “Köçəri, ənənəvi qrup rəqsi” nominasiyası qəbul edilməyib » Gecce.Az Xəbər Portalı
Ermənistan tərəfinin “Köçəri, ənənəvi qrup rəqsi” nominasiyası qəbul edilməyib

Ermənistan tərəfinin “Köçəri, ənənəvi qrup rəqsi” nominasiyası qəbul edilməyib


Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına təqdim edilmiş “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi tərəfindən qəbul edilməyib.

Mədəniyyət və Turizm Nazirliyindən Gecce.az-a bildirilib ki, bu qərar Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası çərçivəsində qəbul olunub. Bir neçə gündür davam edən sessiyada ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara baxılıb.

Bundan əvvəl, UNESCO Qiymətləndirmə Orqanı nominasiya fayllarını nəzərdən keçirib və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirib. Ermənistan tərəfin təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyaya görə mənfi rəy alıb. Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylını Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib.

Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.

Qeyd edək ki, sessiya işini dekabrın 4-dək davam etdirəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort