"Sevincindən ürəyi partlayıb" - Ağaxan Salmanlının xanımı

"Sevincindən ürəyi partlayıb" - Ağaxan Salmanlının xanımı


"Elgizlə izlə" verilişi mərhum Xalq artisti Ağaxan Salmanlının evində çəkiliş edib.

Axşam.az xəbər verir ki, aktyorun xanımı həyat yoldaşının ölümündən danışıb:
"Şokdayıq, anlaya bilmirik ki, necə oldu? Kişi uçdu getdi. Yaxşı ata, baba idi. Sevincindən ürəyi partlayıb. 45 il bir yerdə yaşamışıq. Ölümünü qəbullanmaq çox çətindir. Yaxşı insan olanda, adama lap təsir edir.
Səhhəti ilə bağlı heç bir şikayəti yox idi. 15 gün əvvəl yüngül infarkt olmuşdu. Amma toy günü çimdi, sevinirdi. Öldüyü gün də səhər durdu, dedi-güldü. Qayıtdı ki, səhərə kimi yatmadım. Nəvəsinə yemək bişirdik, mindi avtobusa aparıb verməyə. Yanındakı qadına deyib ki, pisəm və pəncərədə söykənili halda qalıb".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti