“Dünən nəvəsinin toyunda bizimlə rəqs etdi” - Ağaxan Salmanlının ölümündən yazdı

“Dünən nəvəsinin toyunda bizimlə rəqs etdi” - Ağaxan Salmanlının ölümündən yazdı


“Şokdayam, dünən nəvəsinin (Ləman Salmanova) toyunda iştirak edirdim. Bizimlə rəqs etdi, güldü, danışdı”.


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva bu gün dünyasını dəyişən həmkarı Ağaxan Salmanlının ölümündən yazarkən bildirib.

Məşhur aktrisa qeyd edib ki, sənətçinin səhhətində ciddi problem olmayıb və ötən gün nəvəsinin toyunda rəqs belə edib:

“Bu gün incəsənət dünyamıza ağır itki üz verdi. Sözün əsl mənasında əsl sənətkar, Xalq artisti Ağaxan Salmanov dünyasını dəyişdi. Elə bil baxışlarında bir qəribəlik var idi, sən demə bizimlə vidalaşırdı! Gecəni səhərə qədər yata bilməmişəm, ele bil nəsə hiss eləyirdim. Allah rəhmət eləsin”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti