Xuraman Qasımovadan Akif Məlikova sərt ittiham

Xuraman Qasımovadan Akif Məlikova sərt ittiham


“Bizim o illərdə Opera və Balet Teatrından təqaüdə çıxan vaxtımız deyildi. Bir adam soruşmadı ki, görəsən, nə baş vermişdi? Niyə bu iki bacı, o cür çətin əsərləri ifa edən sənətçilər Opera və Balet Teatrının səhnəsində yoxdur?! Niyə səhnəni atıb pedaqoji fəaliyyətlə məşğul oldular?”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Xuraman Qasımova axşam.az-a müsahibəsində deyib. Məşhur opera müğənnisi Opera və Balet Teatrının rəhbəri Akif Məlikovun fəaliyyətini tənqid edib:

“Elə sənətkarlar var ki, 90 yaşına qədər səhnədə olurlar. Sənətkarın səsi itənə qədər səhnədə olmalı, ifa etməlidir. Mən səhnədən uzaqlaşanda cavan qız idim. Bilirsiniz ki, filmlərdə də çəkilmişəm. İndi bir insanın məndən xoşu gəlmirsə, mən teatrı tərk etməli idim?! Siz məni sevmirsinizsə, mənim evimə gəlməyin, mən də sizin evinizə gəlmərəm! Opera və Balet Teatrı mənim ikinci evim sayılırdı, mən ordan öz xoşumla heç vaxt üz döndərib getməzdim!

Həm məni, həm də bacım Fidan xanımı teatrdan uzaqlaşdırdılar. Bizim kimi peşəkar opera müğənnilərini teatrdan uzaqlaşdırdılar. Bu haqda daha geniş danışmaq istəmirəm”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

04.08.2020 / 17:00
 
Xəbər lenti